N.Səfərov neokolonializmlə bağlı tədbirdə iştirak edib
Bakıda Fransa kolonializminə həsr olunmuş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.
Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil edilib.
Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunub.
Tədbirə Milli Məclisin deputatları da qatılıb. Həmçinin millət vəkili Nizami Səfərov beynəlxalq elmi konfransda iştirak edib. Ümumiyyətlə, Nizami Səfərov dəfələrlə neokolonializm siyasətini sərt tənqid edərək müsahibələrində Fransa müstəmləkəçilik siyasətini faktlarla ifşa edib.