Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüş keçirib və bəyan edib ki, Ukrayna Rusiyaya qarşı əməliyyatlar keçirməyə “məcburdur”. Bu barədə Yermakın Telegram-kanalında deyilir.
“Mən Vaşinqtonda komanda ilə birlikdə ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdüm. Rusiya könüllü olaraq atəşi dayandırmasa, biz əməliyyatlar keçirməyə və onların hərbi potensialını məhv etməyə məcbur olacağıq”, o yazıb.
Onun sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti, İstanbuldakı görüşlərin nəticələrini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini və Ukraynaya müdafiə yardımını müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.