Papa Ukraynada “sülh jesti” etmək dəvəti ilə Putinə müraciət edib.
Roma Papası XIV Leo Rusiya prezidenti Vladimir Putinə Ukraynada “sülh jesti” etmək dəvəti ilə müraciət edib. Bu barədə Rusiya prezidenti ilə Vatikan pontifikinin telefon danışıqlarının təfərrüatı barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib, RİA Novosti xəbər verir.
"Roma Papası Rusiyanı sülhü təşviq edən jest etməyə çağırıb və tərəflər arasında müsbət təmasların yaradılması və münaqişənin həlli yollarının axtarışı üçün dialoqun vacibliyini vurğulayıb", - Bruni bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Moskva Ukraynada ailələri birləşdirmək üçün bütün mümkün səyləri göstərir.
Putin Papa XIV Leo ilə ilk söhbətində də Ukraynanın siyasi-diplomatik yolunda sülhün əldə olunmasında maraqlı olduğunu təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.