Donald Trampın rəhbərliyi altında ABŞ Ukraynanın çətin vəziyyətindən istifadə edir. Bu fikirləri İsveç Beynəlxalq Münasibətlər İnstitutunun Stokholm Şərqi Avropa Araşdırmaları Mərkəzinin politoloqu Andreas Umland Tagesspiegel-ə müsahibəsində bölüşüb.
Ekspert xatırladıb ki, 90-cı illərdə Vaşinqton Ukraynanın tərksilahına öz töhfəsini verib. ABŞ nəinki Kiyevin nüvə silahından, həm də bombardmançı təyyarələr və qanadlı raketlər də daxil olmaqla çatdırılma sistemlərindən imtina etməsini təkid edib.
Umland bildirib ki, ABŞ-ın hazırkı prezidenti üçün fərqi yoxdur, o, Kiyev üçün çətin vəziyyətdən istifadə edir.
Bu, müəyyən mənada Ukraynaya xəyanətdir”, - deyə politoloq bildirib.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp Ukraynanı yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyinə söz verib. O, vurğulayıb ki, onlar Ukraynanın müdafiəsi üçün lazımdır, çünki Rusiya prezidenti Vladimir Putin “gözəl danışır, amma sonra axşam hamını bombalayır”.
Ağ Evin rəhbəri ABŞ-a təhvil verməyi planlaşdırdığı komplekslərin dəqiq sayını açıqlamayıb, lakin əlavə edib ki, Avropa İttifaqı onların dəyərini ABŞ-a ödəyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.