AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Çin arasında vizasız rejim qüvvəyə minib

  • + A
  • - A
  • Dünən, 16:27

    Azərbaycan və Çin arasında vizasız rejim qüvvəyə minib

    Azərbaycan Respublikasının vətəndaşları bu gündən etibarən Çin Xalq Respublikasına, eyni zamanda Çin vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

    Yeni qaydalara əsasən, ümumvətəndaş pasportuna malik şəxslər qarşılıqlı şəkildə 180 günlük müddət ərzində cəmi 90 gün olmaqla vizasız səfər hüququ əldə ediblər. Bu isə o deməkdir ki, səfər edən şəxs bir ölkədə ümumilikdə 90 gün qaldıqdan sonra, növbəti giriş üçün 90 gün gözləməlidir. Hər səfər zamanı ölkədə maksimum qalma müddəti 30 gün müəyyən edilib.

    Əgər şəxslər 30 gündən artıq müddətə – məsələn, əmək fəaliyyəti, təhsil və ya digər məqsədlərlə – ölkədə qalmaq istəyirlərsə, bu zaman müvafiq viza əldə etmələri tələb olunur.

    Rəsmi açıqlamada bildirilib ki, qarşılıqlı səfərlərin xoş, uğurlu, məlumatlı və yüksək təəssüratlı olması arzu edilir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR