“Georgia Online” saytının verdiyi məlumata görə, Gürcüstanda radioaktiv uranı qanunsuz olaraq satmaq və almaq cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb.
Əks-kəşfiyyat idarəsinin və xüsusi əməliyyat idarəsinin əməkdaşları Batumidə üç milyon ABŞ dollarına radioaktiv material satmaq niyyətində olan Gürcüstan və xarici vətəndaşı saxlayıblar.
— Göstərilən nüvə materialı radioaktiv alfa- və qamma-şüalanmanın dozasının gücü və mənbənin xarakteri nəzərə alınmaqla, müxtəlif partlayıcı qurğuların istehsalı, terror aktının həyata keçirilməsi və ya digər ağır, kütləvi və ölümcül nəticələrin başlanması üçün yararlı komponent kimi, - SQB-nin məlumatında deyilir.
Saxlanılan əcnəbinin adları və vətəndaşlığı açıqlanmır. Onları 5 ildən 10 ilə qədər həbs gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.