AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident Trampın paylaşımı: Azərbaycan-ABŞ münasibətlərində liderlərarası etimad və yeni strateji üfüqlər

  • + A
  • - A
  • Bu gün, 13:23

    Prezident Trampın paylaşımı: Azərbaycan-ABŞ münasibətlərində liderlərarası etimad və yeni strateji üfüqlər

    ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi Truth Social hesabında paylaşması təsadüfi və sadə jest deyil. Bu, post-münaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalıdır. Tramp administrasiyasının “yalnız milli maraqlar naminə diplomatiya” xətti Azərbaycan kimi müstəqil qərar verən dövlətlərlə əməkdaşlıq üçün əlverişli platforma yaradır. İlham Əliyevin çıxışında Trampı “müharibə başlatmayan yeganə prezident” kimi təqdim etməsi bu gün dünyada sülhə susamış siyasi mərkəzlərdə rezonans doğurur.
    ABŞ-Azərbaycan münasibətləri bu platforma üzərində formalaşarsa, bu, Cənubi Qafqazda yeni güc balansının və strateji diaqnozun konturlarını müəyyən edə bilər. Xüsusilə enerji təhlükəsizliyi, informasiya suverenliyi və sülh təşəbbüsləri sahəsində əməkdaşlıq spektri genişlənə bilər. Bununla yanaşı, Trampın ritorikası ilə müşayiət olunan siyasi qərarların davamlılığı Azərbaycanın informasiya diplomatiyasına və yumşaq güc siyasətinə xüsusi məsuliyyət yükləyir.
    Məqalə Əliməmməd Nuriyevin sosial media hesabından götürülüb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR