AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan yeni reallıqlar yaratdı

  • + A
  • - A
  • Dünən, 13:48

    Azərbaycan yeni reallıqlar yaratdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin iyul ayının 19-da “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə xüsusi olaraq vurğulamışdır ki, “biz qərar verdik ki, yeni reallıqlar yaradacağıq”.
    Azərbaycan otuz ilə yaxın bir müddətdə davam edən və Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından qaynaqlanan münaqişənin tənzimlənməsində diplomatik üsullara üstünlük versə də, beynəlxalq birlik və bəzi dövlətlər bu məsələdə ədalətsiz, beynəlxalq-hüquqa zidd selektiv yanaşma nümayiş etdirirdilər. Dövlətimizin beynəlxalq hüquqa əsaslanan arqumentlərini əks etdirən, BMT Təhlükəsizlik Şurasının dörd qənaməsində təsbit olunan erməni silahlı qüvvələrinin ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələbi, təəssüf ki, yalnız kağız üzərində qaldı. Münaqişənin tənzimlənməsi mandatına malik olan ATƏT-in Minsk qrupu tərəfindən də heç bir əməli fəaliyyət nümayiş etdirilmədi. Bu faydasız qurumun fəaliyyət qabiliyyətsizliyi 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində açıq şəkildə özünü biruzə verdi. Baxmayaraq ki, BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi qətnamələrdə qeyd-şərtsiz ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı, Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu sənədin əleyhinə səs verdilər.
    Yaranmış şəraitdə yeganə yol – beynəlxalq hüququn döyüş meydanında bərpa edilməsi idi. 2020-ci ildə 44 gün ərzində, və daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində Azərbaycan yeni reallıqlar yaradaraq, ölkəmzinin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi və Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar yartdı. Bu bir daha əyani formada nümayiş etdirir ki, ölkəmiz global və regional müstəvidə ən ciddi söz sahibidir və Azərbaycan xalqının milli maraqlarının etibarlı formada qorunmasında Dövlət Başçısının rəhbərliyi altında ardıcıl fəaliyyətini uğurla davam etdirəcək.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR