AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov Masallıda “II Regional Gənclər Festivalı”nda iştirak edib

  • + A
  • - A
  • 24-07-2025, 22:47

    Deputat Məşhur Məmmədov Masallıda “II Regional Gənclər Festivalı”nda iştirak edib
    24 iyul 2025-ci il tarixində Masallı rayon Heydər Əliyev adına Parkda “II Regional Gənclər Festivalı” keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 31 illiyinə həsr olunub. Festival Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

    Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov da iştirak edib. O, çıxışı zamanı gənclərin ölkənin gələcəyi naminə rolunu yüksək qiymətləndirərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin əsas dayaqlarından biri gənclərdir. Deputat vurğulayıb ki, gənclərimiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıq göstərərək həm döyüş meydanında, həm də müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edirlər.

    Festival iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra müxtəlif qurumların – o cümlədən Masallı Gənclər Evi, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, kitabxanalar və sənətkarlıq stendləri ilə tanış olublar.

    Festivalın rəsmi hissəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, deputat Məşhur Məmmədov və digər rəsmi şəxslər çıxış edərək gənclərin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

    Festival çərçivəsində gənclər üçün panel müzakirələr, intellektual yarışlar və müxtəlif maarifləndirici sessiyalar da təşkil olunub. Sonda ASAN İntellektual Mərkəzində keçirilən “Gənclər düşünür” adlı yarışda iştirak edən cənub bölgəsinin gəncləri bilik və bacarıqlarını nümayiş etdiriblər.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR