Türkiyə lideri Ərdoğan Ankaranın Ukrayna ilə münaqişəyə son qoyacaq danışıqların yeni mərhələsinə hazır olduğunu bəyan edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranı ilə bağlı dövlət başçılarının danışıqlarını qəbul etməyə hazır olduğunu bəyan edib. Ərdoğanın fikrincə, münaqişə “yaxın gələcəkdə” İstanbulda bitməlidir:
"Hesab edirik ki, bu müharibə artıq bitməlidir. Biz liderlər səviyyəsində görüş keçirməyə hər zaman hazırıq. İstanbulda [Ukrayna üzrə] danışıqlar masası qurulduğu kimi, yaxın gələcəkdə Türkiyədə də sülh masası qurulacaq və bu, bu qanlı müharibəyə son qoyacaq".
Qeyd edək ki, iyulun 23-də İstanbulda Rusiya Federasiyası və Ukrayna nümayəndələrinin danışıqları keçirilib. Danışıqlar təxminən 40 dəqiqə davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.