AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Çindən yeni idxal rüsumlarının tətbiqini 90 gün təxirə salıb

  • + A
  • - A
  • Dünən, 23:24

    Tramp Çindən yeni idxal rüsumlarının tətbiqini 90 gün təxirə salıb

    CNBC: Tramp fərmanla Çindən idxal rüsumlarının tətbiqini 90 gün təxirə saldı

    ABŞ prezidenti Donald Tramp yeni idxal rüsumlarının tətbiqini 90 gün təxirə salan fərman imzalayıb. Bu barədə CNBC Ağ Evdəki mənbəyə istinadən xəbər verir.

    "Tramp yaxın 90 gün ərzində Çin mallarına ABŞ-ın yüksək tariflərinin yenidən tətbiqinə icazə verməyəcək fərman imzalayıb", - mesajda deyilir.

    Telekanalın məlumatına görə, müvafiq sənədi Amerika lideri tariflərin başa çatmalı olduğu gecə yarısına cəmi bir neçə saat qalmış imzalayıb.

    Mənbə əlavə edib ki, gecikmə iyulun sonunda İsveçdə baş tutan amerikalı ticarət müzakirəçiləri ilə onların çinli həmkarları arasında danışıqların son raundunun gözlənilən nəticəsidir.

    Bundan əvvəl vitse-prezident Cey D.Vens bildirib ki, Amerika lideri Rusiya neftinin alınmasına görə Çinə qarşı əlavə rüsumların tətbiqi ilə bağlı hələ yekun qərar qəbul etməyib.

    O əlavə edib ki, Çinlə məsələ daha mürəkkəbdir, çünki Çin Xalq Respublikası ilə ABŞ arasındakı münasibətlər Rusiya ilə bağlı olmayan bir çox başqa şeylərə təsir edir. Vens qeyd edib ki, bu səbəbdən Tramp bütün mümkün variantları öyrənir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR