AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Türkiyənin F-35 proqramına qayıtması şərtini adlandırıb

  • + A
  • - A
  • Bu gün, 18:36

    ABŞ Türkiyənin F-35 proqramına qayıtması şərtini adlandırıb

    ABŞ F-35 ilə bağlı qətiyyətini davam etdirir. Ankara qırıcı almaq üçün S-400-dən imtina etməlidir.
    ABŞ Dövlət Departamenti Ankara qarşısında şərt qoyub ki, onun yerinə yetirilməsi ölkənin beşinci nəsil F-35 qırıcılarının proqramına daxil edilməsinə zəmanət verir. 

    Nəşrin yazdığına görə, Vaşinqtonun mövqeyində ciddi dəyişikliklər baş verməyib. ABŞ hələ də Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən qurtulmasının vacibliyində israr edir. Qeyd olunur ki, şərtlər 2020-ci ildə ABŞ hərbi departamentinin sənədlərində qanuni şəkildə təsbit olunub.   

    Xatırladırıq ki, 2019-cu ildə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Vaşinqton Ankaranı beşinci nəsil F-35 qırıcısı layihəsindən kənarlaşdırmışdı. O vaxtdan Ankara Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün Amerika təyyarələri almaq niyyətində olmaqla ölkəni layihəyə qaytarmağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR