AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın baş naziri sülh sazişi naminə Konstitusiyaya düzəlişlər etməyə hazırdır

  • + A
  • - A
  • Bu gün, 10:22

    Ermənistanın baş naziri sülh sazişi naminə Konstitusiyaya düzəlişlər etməyə hazırdır

    Ermənistanın baş naziri Nikol Paşinyan məhkəmənin sülh sazişinin hazırkı Konstitusiyaya zidd olduğunu tanıdığı təqdirdə konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs göstərməyə hazır olduğunu bəyan edib. Bu barədə hökumət başçısı brifinq zamanı bildirib.

    “Əgər ratifikasiya prosesində Konstitusiya Məhkəməmiz paraflanmış və nəticədə imzalanmış sülh sazişinin Konstitusiyaya zidd olduğu qənaətinə gəlsə, mən özüm konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam”, - Paşinyan bildirib.

    Baş nazir xatırladıb ki, hökumətin artıq yeni Konstitusiyanın hazırlanması ilə bağlı gündəliyi var. Plana əsasən, onun qəbulu 2027-ci ilə nəzərdə tutulub.

    - İndi biz Konstitusiyanın yeni layihəsi üzərində işləyirik. O, hazır olanda yəqin ki, referendum keçirəcəyik, deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR