Paşinyan. Ermənistan Aİ və Aİİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü anlayır
Ermənistan anlayır ki, eyni zamanda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməyəcək və yeri gələndə seçim etməyə hazırdır, - Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib. O, RİA Novosti-yə istinadən xəbər verir.
"Biz başa düşürük ki, Avropa İttifaqı və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil və seçimin yekun olacağı vaxt gələndə biz müvafiq qərar qəbul edəcəyik", - baş nazir bildirib.
Eyni zamanda, o vurğulayıb ki, hadisələr fərqli şəkildə inkişaf edə bilər və çox şey bir sıra amillərdən, o cümlədən Ermənistan xalqının rəyindən, Aİ və Aİİ ilə danışıqların necə davam edəcəyindən asılı olacaq.
İyulda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə Paşinyan bəyan etmişdi ki, İrəvan Avrasiya İqtisadi İttifaqında işi davam etdirməkdə maraqlıdır.
O, bir ay əvvəl demişdi ki, Ermənistan Aİİ və Avropa İttifaqı arasında seçim gözləyir. O qeyd edib ki, bu qərar qəbul olunana qədər ölkədə Aİ standartlarına uyğun demokratik islahatlar davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.