Bu gecə Polşa hava məkanı Rusiya dronları tərəfindən dəfələrlə pozulub. Ukrayna müharibəsinin başlanmasından bəri ilk dəfə olaraq bir NATO ölkəsi Rusiya hava vasitələrinə qarşı silah tətbiq edib – Polşa aviasiyası dronları vurub.
Hadisə Moskvanın NATO-nun 5-ci maddəsini test etdiyi barədə narahatlıqları artırıb. Analitiklər bildirirlər ki, alyans adekvat reaksiya verməsə, bu, NATO-nun nüfuzuna ciddi zərbə vuracaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.