AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

POLİTOLOQ: "PAŞİNYAN ÖZÜNƏ BƏRAƏT QAZANDIRMAĞA ÇALIŞACAQ"

  • + A
  • - A
  • Bu gün, 15:41

    POLİTOLOQ: "PAŞİNYAN ÖZÜNƏ BƏRAƏT QAZANDIRMAĞA ÇALIŞACAQ"


    Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada səfərdədir. O, Qlobal Atom Forumunun 80 illiyində iştirak etmək üçün Rusiyaya yollanıb. Politoloq, diplomat Fikrət Sadıqov AzadMedia.az-a açıqlamasında deyib ki, Paşinyanın Rusiyaya səfərini heç bir halda təsadüfi səfər adlandırmaq olmaz:

    “Təbii ki, Paşinyan Rusiyanın rəsmiləri ilə də görüşəcək. Putinlə də görüşünü istisna etmirəm. Paşinyan bu görüşdə güman ki, özünə bəraət də qazandırmağa çalışacaq. Vaşinqton görüşündə Trampın rolu olubsa bu o demək deyil, Rusiya Cənubi Qafqazdan çəkiləcək. Bu baxımdan da Paşinyan Putini inandırmağa çalışacaq. Bir sözlə, Paşinyan öz ampluasında olacaq. Öz məqsədlərini güdərək balanslı mövqe nümayiş etdirməyə çalışacaq”.

    Politoloq Ermənistanın Rusiyadan asılılığından da danışıb:

    "Heç şübhəsiz ki, hərbi iqtisadi baxımdan Rusiyadan asılıdır. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistan daxilində revanşist qüvvələr var ki,Rusiya özü onları dəstəkləyir. Paşinyan isə həmin qüvvələri neytrallaşdırmağa çalışacaq. Bu isə Rusiya tərəfindən sakit qarşılanmayacaq”

    Qeyd edək ki, forumda Rusiya prezidenti ilə birlikdə Belarusun Prezidenti Aleksandr Lukaşenko, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, həmçinin İran Özbəkistanın, eləcə də digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR