Oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarında səsvermə üçün bütün seçki məntəqələri açılıb.
Onun sözlərinə görə, səsvermə problemsiz başlayıb.
Gürcüstanda oktyabrın 4-də eyni vaxtda respublikanın 64 bələdiyyə və rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Səsvermənin nəticələrinə əsasən Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərinin merləri, 59 bələdiyyənin merləri və yerli şəhər məclislərinin deputatları seçiləcək.
Gürcüstan paytaxtının meri postu uğrunda doqquz namizəd, o cümlədən hakim “Gürcü arzusu” partiyasından olan hazırkı mer Kaxa Kaladze mübarizə aparır.
Sentyabrda Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili demişdi ki, maliyyəsi xaricdə həyata keçirilən müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri yerli seçkilər zamanı Gürcüstanda “maydan” təşkil etmək istəyirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.