HƏMAS-ın nümayəndə heyəti İsrail tərəfi ilə Qəzzaya dair danışıqlar aparmaq üçün ötən gecə Misirə gəlib. Danışıqlar bazar ertəsinə planlaşdırılıb.
HƏMAS hərəkatı ilə İsrail arasında dolayı danışıqlar prosesi oktyabrın 6-da Misirdə bərpa olunacaq.
Hələ də nümayəndə heyətinə kimin daxil olması ilə bağlı təfərrüatlar Həmas bəyanatında yer almayıb.
Misir Xarici İşlər Nazirliyinin məlumatına görə, HƏMAS və İsrail arasında danışıqların növbəti raundunun bazar ertəsi, oktyabrın 6-da keçirilməsi planlaşdırılır. Mövzu Amerika planı əsasında vəziyyətin tənzimlənməsi olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.