AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 12:52

    Sabah Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək


    Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək.

    Oktyabrın 7-də baş tutacaq TDT-nin XII Zirvə Görüşü "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunub.

    Bu Zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək.

    Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət və hökumət başçıları sonuncu görüşdən bəri həyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuş nailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcəklər.

    Görüş zamanı qəbul olunacaq sənədlər, o cümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi və institusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.

    Qeyd edək ki, Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR