AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov Viləş kəndində şəhid ailələri ilə görüşüb

  • + A
  • - A
  • Bu gün, 16:31

    Millət vəkili Məşhur Məmmədov Viləş kəndində şəhid ailələri ilə görüşüb

    Anım günləri çərçivəsində millət vəkili Məşhur Məmmədov Masallı rayonunun Viləş kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb, 1-ci və 2-ci Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş qəhrəmanların məzarlarını ziyarət edib.

    Millət vəkili şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad edib. Görüş zamanı şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər, hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıblar.

    Məşhur Məmmədov qeyd edib ki, Vətən yolunda canından keçən bütün qəhrəmanlarımızın xatirəsi daim qəlblərdə yaşayacaq:

    “Şəhid ailələri hər zaman diqqətə və qayğıya layiqdir. Dövlətimiz hər zaman onların yanındadır. Hər bir şəhidin qəhrəmanlıq dastanı barədə zamanla çox yazılacaq, filmlər çəkiləcək. Onların ailələri qürurludur, nikbindir və biz hər birimiz onlara mənəvi dəstəyimizi əsirgəməməliyik.”

    Ziyarət çərçivəsində deputat həmçinin 1941–1945-ci illər müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidəni də ziyarət edib, həmin dövrün müharibə qurbanlarını ehtiramla yad edib.

    Sonda millət vəkili şəhid ailələri ilə söhbətləşərək onların qayğıları, ehtiyac və arzuları ilə maraqlanıb, bir daha onlara dövlətin və cəmiyyətin hər zaman dəstək olacağını bildirib.

















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR