III Türk Dünyası Mədəniyyət Forumu 2027-ci ildə keçiriləcək
III Türk Dünyası Mədəniyyət Forumu 2027-ci ildə türk dövlətlərindən birində keçiriləcək. Bu barədə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində deyilir.
Sənədə əsasən, ölkələr 2025-ci il aprelin 27-28-də Özbəkistanın Xivə şəhərində II Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsinə görə təşəkkürünü bildirib və onun türk dövlətləri arasında mədəni inteqrasiyanın gücləndirilməsinə töhfəsini qeyd ediblər.
Forumun türk dünyasında mədəni dialoq üçün platforma kimi rolu və 2027-ci ildə III forumun türk dövlətlərindən birində keçirilməsinin əhəmiyyəti vurğulanıb.