AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin razılığı və dövlət qayğısı bizim üçün ən böyük dəyərdir”

  • + A
  • - A
  • Bu gün, 14:30


    Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin razılığı və dövlət qayğısı bizim üçün ən böyük dəyərdir”

    Anım günləri çərçivəsində Masallı rayonunun Türkoba İnzibati ərazi dairəsi və bu əraziyə daxil olan Şatıroba kəndində şəhid ailələri ilə görüş və şəhidlərin məzarlarının ziyarəti həyata keçirilib.

    Azadmedia.az xəbər verir ki, Milli Məclisin deputatı Məşhur Məmmədovun iştirakı ilə keçirilən ziyarət zamanı öncə şəhidlərimizin xatirəsinə inşa olunan “Şəhidlər bulağı” ziyarət olunub, Vətən uğrunda canından keçən qəhrəmanların ruhuna dualar oxunub və gül dəstələri qoyulub.

    Deputat qeyd edib ki, həm I, həm də II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ailələri daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

    “Hər zaman olduğu kimi, həm öz tərəfimdən, həm də dövlətimiz adından onların yanında olduğumuzu, qayğı ilə əhatə olunduqlarını bir daha vurğulayıram,” – deputat Məşhur Məmmədov bildirib.

    Ziyarət zamanı şəhid ailələrinin qayğı və müraciətləri dinlənilib, onların razılıq və minnətdarlıq duyğuları ifadə olunub.

    Şəhid ailələri dövlətimizin davamlı diqqət və qayğısından məmnunluqla söz açaraq, göstərilən dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Deputat Məşhur Məmmədov qeyd edib ki, həftə sonu Masallıda seçicilərlə görüşlər və şəhid ailələrinə ziyarətlər davam edir.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR