AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regional təhlükəsizliyin təmin edilməsi prioritet vəzifədir

  • + A
  • - A
  • Dünən, 23:33

    Regional təhlükəsizliyin təmin edilməsi prioritet vəzifədir
    Qlobal müstəvidə hər bir dövlətin fundamental maraqlarının təmin edilməsi onun təhlükəsiz və suveren formada fəaliyyət göstərməyindən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında qeyd etdiyi kimi, “sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir”.
    44 günlük Vətən müharibəsi və qısamüddətli lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi ümumiyyətlə Cənubi Qafqaz regionunda yeni səhifənin acılmasına gətirib çıxardı. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
    Hərbi-siyasi yolla beynəlxalq hüququ və beynəlxalq ədaləti bərpa edən Azərbaycan yeni təhlükəsizlik rejiminin formalaşması üçün önəmli addımlar atdı və sülh gündəliyinin prioritet məsələ olaraq inkişaf etdirdi. Bunun ən mühüm nəticələri sırasında “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin iki ölkənin xarici işlər nazirləri tərəfindən ABŞ Prezidentinin iştirakı ilə paraflanması xüsusi yeri tutur.
    Dövlətimizin beynəlxalq miqyasda attığı addımlar bir daha əyani formada sübut edir ki, bütövlükdə regional sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması Azərbaycanın ardıcıl səyləri ilə əhəmiyyətli dərəcədə bağlıdır.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR