Qəzza sammitinin iştirakçıları Trampın planına uyğun olaraq gələcək dialoqun vacibliyini qeyd ediblər
Şarm əl-Şeyxdə Qəzza zolağında münaqişəyə son qoyulmasına həsr olunmuş sammitin iştirakçıları Amerika lideri Donald Trampın sülh yolu ilə nizamlanması planının növbəti mərhələlərinin həyata keçirilməsi mexanizmləri üzrə məsləhətləşmələrə başlamağın zəruriliyini qeyd ediblər. Bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.
“Trampın nizamlanma planının Qəzza zolağının idarə olunması, təhlükəsizliyi və yenidən qurulması ilə bağlı məsələlərdən başlayaraq, siyasi nizamlanma ilə bitən növbəti mərhələlərin həyata keçirilməsinin üsul və mexanizmləri üzrə məsləhətləşmələrə başlanmasının zəruriliyi qeyd edilib”, - deyə məlumatda bildirilir.
Bundan bir qədər əvvəl Tramp bildirib ki, hazırda Qəzza zolağında atəşkəsin üçüncü və dördüncü mərhələləri üzərində iş gedir. Onun sözlərinə görə, 20 bəndlik planın həyata keçirilməsi Yaxın Şərq regionunda parlaq gələcəyə nail olmaq üçün ən mühüm təməl olacaq.
Oktyabrın 13-də ABŞ prezidenti Qəzza zolağında müharibənin başa çatdığını bəyan edib. Knessetdə çıxışı zamanı o, İsrailə səfəri gününü “böyük sevinc, ümid və yeni inam günü” adlandırıb. Səhər HƏMAS son israilli girovları azad etdi, onlar artıq İsrailə gəliblər. Qərbi Qüds də öz növbəsində 1966 fələstinli məhbusu azad etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.