AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinə diqqət hər birimizin borcudur”

  • + A
  • - A
  • Bu gün, 17:27

    Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinə diqqət hər birimizin borcudur”

    Anım günləri çərçivəsində Masallı rayonunda şəhidlərin xatirəsinin əziz tutulması və şəhid ailələrinə qayğının ifadəsi istiqamətində növbəti ziyarət Boradigah qəsəbəsində, eləcə də Boradigah İnzibati Ərazi Dairəsinə daxil olan Mollaoba və Babaser kəndlərində keçirilib.

    Milli Məclisin deputatı Məşhur Məmmədovun iştirakı ilə baş tutan ziyarət zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub, şəhidlərin xatirəsi ehtiramla yad edilərək məzarlarına gül dəstələri qoyulub.

    Deputat və digər ziyarətçilər 1941–1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın şərəfinə inşa edilən Boradigah Şəhidlər Abidəsini ziyarət edib.

    “Vətən uğrunda canından keçən igidlərimizin xatirəsini dərin ehtiramla yad etdik, şəhid ailələri ilə səmimi söhbətlər apardıq. Şəhid ailələrinin dövlətimizin qayğısını hər zaman hiss etməsi, onların rifahı və sosial təminatı istiqamətində görülən işlər, onlara göstərilən mənəvi dəstək hər birimizin mənəvi borcudur,” – deyə deputat Məşhur Məmmədov bildirib.

    Ziyarət zamanı şəhid ailələri dövlətin diqqət və qayğısından razılıqla danışıblar, onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

    Deputat qeyd edib ki, şəhidlərimizin ruhuna ehtiram və onların ailələrinə qayğı Azərbaycan dövləti üçün hər zaman prioritetdir.

    “Bu ziyarətlər bir daha göstərir ki, illər keçsə də, xalqımız şəhidlərinin xatirəsini hər zaman uca tutur,” – deyə millət vəkili vurğulayıb.



















































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR