AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinə diqqət və qayğı fəaliyyətimdə hər zaman prioritet olub”

  • + A
  • - A
  • Bu gün, 15:00

    Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinə diqqət və qayğı fəaliyyətimdə hər zaman prioritet olub”


    Millət vəkili Məşhur Məmmədov şəhid ailələrinə və qəhrəman Vətən oğullarının əziz xatirəsinə daim yüksək hörmət və diqqət göstərir. Deputat bu dəfə I Səmidxan kəndində və I Səmidxan İnzibati Ərazi Dairəsinə daxil olan Ətçələr kəndində olub, şəhid ailələri ilə görüşüb, qəhrəmanların məzarlarını ziyarət edib.

    Görüşlər zamanı millət vəkili şəhid ailələrinin qayğıları, ehtiyacları ilə maraqlanıb, onların qarşılaşdıqları məsələlərin həlli istiqamətində dəstəyini ifadə edib. Deputat Məşhur Məmmədov bildirib ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək yalnız anım günləri ilə məhdudlaşmamalı, bu münasibət hər zaman davamlı olmalıdır:

    “Təkcə anım günləri çərçivəsində deyil, hər zaman şəhid ailələri ilə görüşmək, şəhidlərimizin məzarlarını ziyarət edərək onların xatirəsini yad etmək, ailələrinə diqqət və qayğını davam etdirmək fəaliyyətimdə prioritetdir.”
    Millət vəkili qeyd edib ki, hər bir şəhid ailəsi Azərbaycan üçün müqəddəsdir:

    “Bu ailələr Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını fəda etmiş igidlərin ailələridir. Bizim borcumuz onların yanında olmaq, qayğılarını bölüşmək, daim diqqət göstərməkdir.”

    Millət vəkili Məşhur Məmmədov bütün şəhid ailələrinə səbir və güc arzulayıb.
    Şəhidlər ölməz, Vətən bölünməz!

    Xatırladaq ki, millət vəkili Məşhur Məmmədovun şəhid ailələrinə davamlı diqqəti və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyəti bölgə ictimaiyyəti tərəfindən də hər zaman yüksək dəyərləndirilir.






















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR