AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail HƏMAS-ı məhv etməyi hədəfləyir

  • + A
  • - A
  • Bu gün, 15:38

    İsrail HƏMAS-ı məhv etməyi hədəfləyir

    Netanyahu bəyan edib ki, İsrail hələ də HƏMAS üzərində tam qələbəyə nail olmaq niyyətindədir, buna hərəkatın güc strukturlarının ləğvi və onun silahsızlaşdırılması daxildir.
    İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövləti hələ də HƏMAS-ın güc strukturlarını ləğv etməyi və radikalları silahlarından məhrum etməyi hədəfləyir. 

    "Biz qaçırılanların hamısını sona qədər qaytarmağa borcluyuq. Döyüşdə canını verən oğullar İsrail dövlətinin üzərində qurulduğu təməl daşlardır. Onlar müharibənin bütün məqsədlərinə çatmaq üçün vuruşublar və biz müharibənin bütün məqsədlərinə (HƏMAS-ın ləğvi və onun tərksilahı daxil olmaqla - red.) nail olacağıq".

    - Benyamin Netanyahu

    Netanyahunun sözlərinə görə, Təl-Əviv tam qələbəyə nail olmaq istəyir ki, bu da İsrail dövlətinin “uzun müddət” mövcudluğunun əsasına çevriləcək. 

    Bundan əvvəl İsrail hakimiyyəti ölən girovların cəsədlərini təhvil verməyən HƏMAS-ın gecikməsi səbəbindən Donald Trampın sülh planının ikinci mərhələsinin başlanması ilə bağlı problemlərin olduğunu açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR