Tramp. Çin nadir torpaqlar üzərində nəzarəti zəiflədərsə, ABŞ rüsumları azaltmağa hazırdır
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Çin məhsullarına idxal rüsumlarını bir şərtlə yumşalda bilər ki, Pekin nadir torpaq metallarının ixracına yanaşmasını dəyişsin və Amerika soya paxlasının əvvəlki alış həcmlərini bərpa etsin. Bu barədə TASS məlumat yayıb.
Amerika liderinin sözlərinə görə, söhbət samarium, gadolinium, terbium, disprosium, lutesium, skandium və ittrium da daxil olmaqla bir sıra əsas nadir torpaqlar üzərində ixrac nəzarətinin qaldırılmasından gedir. O vurğulayıb ki, ABŞ Çindən “qarşılıqlı addımlar” gözləyir, çünki Pekinin hazırkı siyasəti Vaşinqtona yaraşmır.
Tramp bu cür metalların tədarükünün məhdudlaşdırılmasının dünya iqtisadiyyatının əsas sektorlarına zərbə vura biləcəyinə diqqət çəkib və ABŞ-ın strateji əhəmiyyətli materialların ixracı ilə manipulyasiyaya yol vermək niyyətində olmadığını vurğulayıb.
Oktyabrın 11-də ABŞ prezidenti noyabrın 1-dən etibarən artıq qüvvədə olan tariflərə əlavə olaraq Çindən gələn bütün mallara 100% rüsum tətbiq edəcəyini açıqlayıb. Tramp həmçinin “kritik əhəmiyyətli proqram təminatı” üzrə ixrac nəzarətinin tətbiqi barədə məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.