AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır

  • + A
  • - A
  • Bu gün, 14:26

    Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır

    Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib.

    Bağdasaryanın sözlərinə görə, Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.


    “Bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR