İsrail hökuməti İordan çayının qərb sahilində ölkənin suverenliyi haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə KİV məlumat verir.
İsrail hökuməti ölkənin İordan çayının qərb sahilində suverenliyinin tətbiqi ilə bağlı qanunu təsdiqləyib. Bu barədə “The Jerusalem Post” yazır.
Sənədin mətnində deyilir ki, İsrailin dövlət qanunları Yəhudeya və Samariyanın bütün bölgələrinə şamil edilir. Söhbət məhkəmə sistemindən və inzibati idarəetmə sistemindən gedir.
KİV-in məlumatına görə, qanun layihəsi Knesset tərəfindən cüzi bir səs fərqi ilə qəbul edilib. 24 deputat “əleyhinə”, 25 deputat “lehinə” səs verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.