AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Novruz Aslan haqqında yazılanlara münasibət bildirib

  • + A
  • - A
  • Bu gün, 15:04

    Deputat Novruz Aslan haqqında yazılanlara münasibət bildirib

    Millət vəkili Novruz Aslanov sosial şəbəkələrdə haqqında yazılanlarla bağlı şəxsi Facebook səhifəsində paylaşım edib. Paylaşımda deyilir:

    Hörmətli izləyicilərim,
    Sosial şəbəkələrin birində mənim adımdan, guya mən müsahibəmdə siyasətə qarışmadığımı, Milli Məclisə təyin edildiyim və digər xoşagəlməz yazı yerləşdirilib. Hesab edirəm ki, sosial şəbəkədə belə profillər məhz qərəzli yazılar üçün yaradılır.
    Əvvəla bildirim ki, mən heç bir müsahibə verməmişəm və bu barədə mənə heç bir jurnalist müraciət etməyib.
    Siyasətə qarışmadığım barədə yazıya cavab olaraq bildirirəm ki, cəmiyyətin siyasi həyatında deputat institutunun rolu çox böyükdür və dövlətin demokratikləşmə səviyyəsini, ictimai etimad dərəcəsini müəyyən edən əsas təsisatlardan biridir. Deputat sadəcə qanunverici orqanın üzvü deyil, eyni zamanda xalqın iradəsini siyasi qərarlara çevirən şəxsdir. Bu baxımdan deputatlar siyasi proseslərin iştirakçısıdır. Deputatlar siyasi proseslərə strateji baxış, təhlil bacarığı və ictimai məsuliyyət hissi ilə yanaşırlar.

    Deputat kimi öz fəaliyyətimi şəffaf şəkildə həyata keçirirəm. Seçildiyim İsmayıllı rayonunda mütəmadi olaraq seçicilərim ilə görüşlər keçirir, onların problemlərinin həllinə çalışıram. Deputatlıq fəaliyyətim barədə hər il hesabatlar hazırlayaraq dövlət və hökumət strukturlarına, yerli icra hakimiyyəti orqanlarına və xarici səfirliklərə təqdim edirəm.

    Ölkədə və xaricdə baş verən hadisələrə media platformalarında yazılar və şərhlər verir, öz münasibətimi bildirirəm. Həmçinin, yaradıcı insan olaraq ərsəyə gətirdiyim musiqi əsərlərində və kitablarımda vətənpərvərlik, sosial və mərhəmət mövzularına xüsusi yer ayırıram.
    Odur ki, soaial şəbəkə istifadəçilərindən xahiş edirəm belə məsələlərə həssas yanaşsınlar, feyk yazılara fikir verməsinlər, xüsusilə rəylər bölümündə ifadələrinə diqqət yetirsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR