AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yerevan Azərbaycan və Türkiyə liderlərini Avropa İttifaqının zirvə toplantısına dəvət etdi

  • + A
  • - A
  • Bu gün, 18:35

    Yerevan Azərbaycan və Türkiyə liderlərini Avropa İttifaqının zirvə toplantısına dəvət etdi

    Rəsmi Yerevan Azərbaycan və Türkiyə liderlərini 2026-cı ilin may ayında keçiriləcək Avropa İttifaqının zirvə toplantısına dəvət etdi.
    Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, Yerevan Azərbaycan və Türkiyə liderlərini Avropa siyasi icmasının zirvə toplantısına dəvət edib. Tədbir 2026-cı ilin may ayında Ermənistanın paytaxtında keçiriləcək.
    "Biz Azərbaycan və Türkiyəni ən yüksək səviyyədə sammitdə iştirak etməyə dəvət etdik və hazırda bunu sənədləşdiririk" - Ararat Mirzoyan bildirib.

    Daha əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan 2028-ci ildə Aİ sammitinin Azərbaycanda keçirilməsini dəstəklədiyini açıqlamışdı. Bakı həmçinin 2026-cı ildə tədbirin keçiriləcəyi məkan kimi Ermənistanı dəstəkləmişdi.

    Xatırladırıq ki, Avropa İttifaqının son sammiti oktyabrın əvvəlində Kopenhagendə keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR