AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sankt-Peterburqda Azərbaycanın Zəfər Gününün beşinci ildönümü qeyd olunub

  • + A
  • - A
  • 4-11-2025, 21:30

    Sankt-Peterburqda Azərbaycanın Zəfər Gününün beşinci ildönümü qeyd olunub

    Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsinin beşinci ildönümü münasibətilə tədbir keçirib.

    Azərbaycanın Rusiyadakı səfirliyi xəbər verir ki, tədbir iştirakçıları müharibədə qəhrəmancasına həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Səfir Rəhman Mustafayev və baş konsul vəzifəsini icra edən Anar Yusifzadə 8 noyabrın - Zəfər Gününün Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətini vurğulayıblar.

    Qonaqlara Qarabağ və Şərqi Zəngəzur ərazilərinin işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və reinteqrasiya layihələri barədə məlumat verilib.

    Tədbirdə həmçinin Zəfər Gününə həsr olunmuş fotosərgi və sənədli film nümayiş etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR