AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Devlet Bahçeli: Azərbaycan və Türkiyəyə qarşı yönələn hiylələr nəticəsiz qalacaq

  • + A
  • - A
  • Bu gün, 09:04

    Devlet Bahçeli: Azərbaycan və Türkiyəyə qarşı yönələn hiylələr nəticəsiz qalacaq

    Azərbaycan və Türkiyənin suveren hüquqlarını pozmaq, ölkələrimizi təhdid etmək və iki qardaş dövlətin əldə etdiyi tarixi-siyasi uğurlara mane olmaq istəyən qüvvələrin planları iflasa məhkumdur.

    Azadmedia.az xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada keçirilən partiyanın parlament fraksiyasının iclasında səsləndirib.

    Partiya lideri vurğulayıb ki, Ankara ilə Bakı arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulub və bu əməkdaşlıq “Bir millət, iki dövlət” prinsipini real şəkildə əks etdirir.

    Devlet Bahçelinin sözlərinə görə, “türk dövrünün iki parlayan ulduzu” – Türkiyə və Azərbaycan müasir dövrün çağırışlarına qarşı birlikdə və qətiyyətlə mübarizə aparmaqdadır.

    “Milli, tarixi, mədəni və strateji tərəfdaşlığımız bəzi dairələrdə narahatlıq doğurur. Biz bunun fərqindəyik və bu cür cəhdlərin arxasında kimlərin dayandığını yaxşı bilirik. Ankara ilə Bakı arasında dostluğa xələl gətirmək istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər”, – MHP sədri bildirib.

    Bahçeli həmçinin qeyd edib ki, Türk dünyası yeni inkişaf mərhələsinə qədəm qoyur və bu mərhələ birlik və həmrəyliyin daha da güclənəcəyi dövr olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR