ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Vladimir Zelenski Vaşinqtonun münaqişənin həlli üzrə yeni planını qəbul etməkdən imtina edərsə, Kiyevə qarşı “son dərəcə güclü təzyiq” taktikasına keçə bilər. Bu barədə Responsible Statecraft nəşri yazır.
“Mümkündür ki, əsas elementləri ilə Ukrayna hökumətinin razılaşmasını təmin etmək real olmasın, əgər Tramp administrasiyası həm Ukraynaya, həm də ABŞ-ın Avropadakı müttəfiqlərinə son dərəcə güclü təzyiq göstərməyə hazır olmazsa”, — nəşrin məlumatında bildirilir.
Responsible Statecraft xatırladır ki, Zelenski ABŞ-ın planını qəbul etməyib və alternativ təklif hazırlamaq üçün Avropa hökumətləri ilə işləyir.
Axios portalının mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Rusiya ilə sülh sazişinin hazırlanması istiqamətində “gizli məsləhətləşmələr” aparır. Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün irəli sürdüyü yeni plan 28 bənddən ibarətdir və Qərb mediası sənədi “Rusiyaya böyük güzəştlər” adlandırır.
Sənəddə Ukrayna Silahlı Qüvvələrinin sayının təxminən 2,5 dəfə azaldılması, Kiyevin Moskva və Sankt-Peterburqa çata bilən uzaqmənzilli raketlərdən imtina etməsi, rus dilinə dövlət statusunun verilməsi və digər müddəalar yer alır.
Financial Times-ın mənbələrinin məlumatına görə, sənəd ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüş zamanı Kiyev tərəfinə təqdim edilib. Lakin məlum olub ki, Zelenski ABŞ administrasiyası tərəfindən hazırlanmış yeni sülh planını müzakirə etməkdən imtina edib və Avropalı tərəfdaşlarla birlikdə alternativ sənəd hazırlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.