Monteneqro XİN-inin Rusiyanın Podqoritsadakı səfiri Aleksandr Lukaşikə qarşı irəli sürdüyü ittihamları “tətbiq olunan təzyiq və qaralama kampaniyası” adlandırmaq olar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib. Məlumatı TASS yayıb.
“Diplomatlara qarşı aparılan bütün bu təzyiq və qaralama klassik beynəlxalq praktikalara, demokratik normalara — o cümlədən 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə — həmçinin diplomatik və konsul münasibətlərinə dair Vyana konvensiyalarına ziddir”, — deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, hazırda Qərb ölkələrində rusiyalı diplomatın söylədiyi istənilən fikir təhrif olunmuş, kəskin və ağrılı reaksiyaya səbəb olur və birbaşa təhdid kimi qiymətləndirilir. Zaxarova bildirib ki, Rusiyanın düşmənləri həqiqəti gizlətməyə, faktları təhrif etməyə və öz ictimaiyyətini obyektiv məlumatdan məhrum etməyə çalışır.
Bundan əvvəl Monteneqro Xarici İşlər Nazirliyi Rusiyanın Podqoritsadakı səfiri Aleksandr Lukaşiki XİN-ə dəvət etmişdi. Buna səbəb diplomatın ölkə parlamentinin Silahlı Qüvvələrin NATO-nun Ukrayna ordusunun hazırlığı və təhlükəsizlik yardımı mexanizminə (NSATU) qoşulması ilə bağlı qərarı haqqında verdiyi açıqlamalar olub. Həmçinin səfirin Monteneqro Prezidenti Yakov Milatoviçin La Croix qəzetinə müsahibəsi ilə bağlı söylədiyi fikirlər də XİN-i bu addımı atmağa vadar edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.