AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev Paşinyana Qazaxıstanın ən yüksək ordeni ilə təltif etdi

  • + A
  • - A
  • 21-11-2025, 14:50

    Tokayev Paşinyana Qazaxıstanın ən yüksək ordeni ilə təltif etdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan lideri Kasım-Jomart Tokayevin əlindən ölkənin ən yüksək mükafatı olan "Qızıl Qartal" ordenini qəbul edib.

    Ermənistan hökumətinin başçısına fəxri fərman təqdim edən Tokayev Paşinyanı əsl lider adlandırıb və onun Ermənistanın inkişafına və Azərbaycanla sülh prosesinə verdiyi töhfəni qeyd edib. Qazaxıstan Prezidenti həmçinin ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını elan edib. Buna cavab olaraq Ermənistanın Baş naziri fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və təltif olunmağı Ermənistan xalqına xüsusi hörmət əlaməti kimi qəbul etdiyini vurğulayıb.

    "Qardaş Qazaxıstan Respublikasının ən yüksək mükafatına layiq görülmək və onu şəxsən sizdən almaq mənim üçün böyük şərəfdir. Əminəm ki, bu mükafat təkcə ikitərəfli münasibətlərin deyil, həm də bütün böyük regionumuzun daha da inkişafına xidmət edəcək" — Nikol Paşinyan deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR