AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenskiyə şərt qoyuldu: "Trampın planını qəbul edin, yoxsa..."

  • + A
  • - A
  • 25-11-2025, 10:36

    Zelenskiyə şərt qoyuldu: "Trampın planını qəbul edin, yoxsa..."

    Ukrayna lideri Volodymyr Zelensky ABŞ-ın yeni sülh planının müzakirələri fonunda "qaranlıq seçim" etməlidir. Ya Prezident Donald Trampın təklifini qəbul, ya da... Bu barədə "Politico" qəzeti yazır.

    "Zelenskinin qaranlıq seçimi. Trampın sülh müqaviləsini qəbul edin, yoxsa etibarsız Avropa dostlarına etibar edin", - deyə nəşr bildirib.

    Qeyd olunur ki, Cenevrədəki danışıqlardan sonra "Avropa ölkələri hələ də dondurulmuş Rusiya aktivlərindən alınan kreditin köməyi ilə Ukraynanı "xilas etmək" üçün çox zəif və ya çox çəkinirlər".

    Noyabrın 23-də Cenevrədə keçirilən mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna böhranının həlli prosesində Avropa İttifaqı və NATO-nun iştirakı hələ müzakirə olunmayıb. Onun sözlərinə görə, Amerika tərəfinin təklif etdiyi sülh planı daim təkmilləşdirilir və "canlı" sənəddir. Rubio vurğulayıb ki, xüsusilə Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqları var. O əlavə edib ki, bu mübahisəli məsələlər Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə birlikdə müzakirə olunacaq.

    Eyni zamanda, noyabrın 25-də Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, ABŞ Trampın qərarına əsasən Ukrayna münaqişəsinin maliyyələşdirilməsini dayandırıb, lakin NATO vasitəsilə silah satmağa davam edir. O qeyd edib ki, ABŞ prezidenti Ukraynadakı münaqişənin həlli perspektivi ilə bağlı nikbindir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR