ABŞ prezidenti Donald Tramp əmindir ki, Rusiyanın hücumunu dayandırmaqla Ukraynaya "böyük güzəşt" edəcək və bu, münaqişənin həlli istiqamətində irəliyə doğru bir addım kimi qəbul edilə bilər.
Air Force One təyyarəsində jurnalistlərlə söhbətində Tramp təklif etdiyi müqavilənin Rusiya üçün daha faydalı olduğu və Moskvanın heç bir güzəştə getmədiyi fərziyyəsi ilə razılaşmadığını bildirib.
"Onlar güzəştə gedirlər. Böyük bir güzəştdir, demək ki, döyüşü dayandırın və daha çox torpaq ələ keçirməyin", Tramp deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.