AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: "Ağ Evdəki Milli Qvardiya əsgərləri pusqudan başından vurulub"

  • + A
  • - A
  • Bu gün, 07:28

    Tramp: "Ağ Evdəki Milli Qvardiya əsgərləri pusqudan başından vurulub"

    Tramp Milli Qvardiya üzvlərinin pusqudan hücuma məruz qaldığını və dəqiq məsafədən vurulduğunu bildirib

    Vaşinqtondakı atışmadan sonra çıxışında ABŞ Prezidenti Donald Tramp baş verənlərin təfərrüatlarını açıqlayıb. Yayım Ağ Evin YouTube səhifəsində olub.

    Dövlət başçısı qeyd edib ki, Amerika Milli Qvardiyasına hücum Şükranlıq Günü ərəfəsində baş verib.

    "Vaşinqtonda xidmət edən Milli Qvardiyanın iki üzvü dəhşətli pusqu hücumu zamanı başından vurulub", - deyə ABŞ Prezidenti bildirib.

    26 noyabrda, saat 14:20 radələrində Vaşinqtonda Ağ Evdən bir neçə məhəllə aralıda atışma baş verib. Eyni zamanda iki Milli Qvardiya əsgəri yaralanıb. Şübhəli saxlanılıb və Ağ Ev təcrid rejiminə salınıb. Tramp atıcının ağır yaralandığını, lakin "çox yüksək bədəl ödəyəcəyini" bildirib. Hadisədən sonra dövlət başçısı Pentaqondan paytaxta daha 500 Milli Qvardiya əsgəri göndərməsini istədi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR