AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağ Ev ABŞ və Ukrayna arasında Floridada aparılan danışıqları yüksək qiymətləndirib

  • + A
  • - A
  • Dünən, 23:36

    Ağ Ev ABŞ və Ukrayna arasında Floridada aparılan danışıqları yüksək qiymətləndirib

    Ağ Ev: ABŞ və Ukrayna arasında Floridada aparılan danışıqlar çox yaxşı keçib

    Brifinq zamanı Ağ Evin mətbuat katibi Kerolin Levitt Floridada baş tutan Amerika Birləşmiş Ştatları və Ukrayna nümayəndələrinin danışıqlarını qiymətləndirib.

    "Onlar Floridada Ukrayna tərəfi ilə çox yaxşı danışıqlar aparıblar", - deyə Ağ Evin nümayəndəsi bildirib.

    30 noyabr axşamı ABŞ və Ukrayna arasında danışıqlar Floridada başa çatıb. "RBK-Ukraine"nin məlumatına görə, nümayəndə heyətləri sülh müqaviləsinin son versiyası barədə razılığa gələ bilməyiblər. Nəşrin mənbəyi bildirib ki, görüşdə ərazi məsələləri, eləcə də Ukraynanın NATO-ya üzvlüyü mövzusu fəal şəkildə müzakirə olunub.

    "Strana.ua" nəşri həmçinin bildirib ki, Amerika və Ukrayna nümayəndə heyətləri münaqişənin həlli ilə bağlı ABŞ planının bir əsas bəndində belə razılığa gələ bilməyiblər. Məlum olduğu kimi, Ukrayna nümayəndə heyətinin üzvləri, xüsusən də, konstitusiya məhdudiyyətlərinə istinad edərək qoşunları Donetsk Xalq Respublikasından çıxarmaqdan imtina ediblər. Bundan əlavə, Ukrayna nümayəndə heyəti NATO üzvlüyündən çıxmaq planının bəndini rədd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR