Masallı rayonunda millət vəkili Məşhur Məmmədovun seçicilərlə növbəti görüşü baş tutub. Görüş Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatının inzibati binasında keçirilib. Tədbirdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib.
Görüş zamanı vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq qeydlər aparılıb. Bayramqabağı təşkil olunan qəbulda seçicilərin sosial rifahı, məşğulluq problemləri və gündəlik həyatla bağlı narahatlıqları ətrafında səmimi və açıq fikir mübadiləsi aparılıb.
Millət vəkili Məşhur Məmmədov bildirib ki, daxil olan hər bir müraciətin həlli istiqamətində aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində konkret addımların atılması nəzərdə tutulur. O, seçicilərlə birbaşa ünsiyyətin və problemlərin yerində dinlənilməsinin deputat fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.