AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəhərsalma və Memarlıq İli” milli irsin qorunmasını və dayanıqlı inkişafın strateji vəhdətini təşkil edəcək

  • + A
  • - A
  • Bu gün, 15:19

    “Şəhərsalma və Memarlıq İli” milli irsin qorunmasını və dayanıqlı inkişafın strateji vəhdətini təşkil edəcək

    “Şəhərsalma və Memarlıq İli” milli irsin qorunmasını və dayanıqlı inkişafın strateji vəhdətini təşkil edəcək.

    Bu sözləri Milli Məclisin deputatı Məşhur Məmmədov Azadmedia.az-a açıqlamasında bildirib və qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mühüm bir zərurətdən irəli gəlir və ölkənin uzunmüddətli inkişaf strategiyasına xidmət edir.
    Deputatın sözlərinə görə, bu qərar Azərbaycan şəhərsalma və memarlıq sahəsində mövcud tarixi irsin qorunması ilə yanaşı, müasir urbanistik çağırışlara cavab verən yeni yanaşmaların sistemli şəkildə tətbiqini hədəfləyir:
    “Azərbaycanın çoxəsrlik memarlıq ənənələri milli kimliyimizin mühüm tərkib hissəsidir. Bu sahənin ayrıca bir il çərçivəsində prioritet elan edilməsi tarixi şəhər mühitinin qorunması, bərpa işlərinin sürətləndirilməsi və planlı inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.”
    M. Məmmədov qeyd edib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu qərarın aktuallığını daha da artırır:
    “Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan müasir, ekoloji və innovativ şəhərsalma modelləri Azərbaycanın gələcək urbanistik baxışını formalaşdırır. ‘Şəhərsalma və Memarlıq İli’ bu təcrübənin ümumrespublika miqyasında yayılmasına imkan yaradacaq.”
    Deputat əlavə edib ki, bu qərar eyni zamanda gənc memarların təşviqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından da yeni imkanlar açır:
    “2026-cı ildə Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi Azərbaycanın bu sahədə artan beynəlxalq nüfuzunun göstəricisidir.”

    Millət vəkilinin sözlərinə görə, “Şəhərsalma və Memarlıq İli” sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və dayanıqlı məskunlaşma baxımından ölkəmizə ciddi töhfələr verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR