AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampın Ukrayna üzrə təhlükəsizlik yanaşması Putinlə dialoqa əsaslanır

  • + A
  • - A
  • 7-01-2026, 13:01

    Trampın Ukrayna üzrə təhlükəsizlik yanaşması Putinlə dialoqa əsaslanır

    ABŞ prezidenti Donald Trampın Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı mövqeyi Rusiya prezidenti Vladimir Putinlə aparılan müzakirələrə əsaslanır. Bu barədə ABŞ liderinin kürəkəni və nümayəndə heyətinin üzvü Cared Kuşner məlumat verib.
    Kuşner Parisdə keçirilən “istəkli koalisiya” sammitində bildirib ki, Tramp Putinlə dialoq fonunda doğru istiqamətin formalaşdığına əmindir. Onun sözlərinə görə, düzgün razılaşma tərəflərin deeskalasiyaya yönəlməsi və real monitorinq mexanizminin mövcudluğunu nəzərdə tutur.
    Qeyd edək ki, sammitdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair çərçivə sənədi də təqdim olunub və ABŞ tərəfindən dəstəklənib. Sammitdə Fransa, Böyük Britaniya, NATO və bir sıra Avropa ölkələrinin liderləri, eləcə də ABŞ və Ukrayna nümayəndə heyətləri iştirak edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR