AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna üçün uzaqmənzilli raketlər hazırlamaq planı beynəlxalq təhlükəsizlik baxımından ciddi risklər yaradır

  • + A
  • - A
  • 13-01-2026, 11:02

    Ukrayna üçün uzaqmənzilli raketlər hazırlamaq planı beynəlxalq təhlükəsizlik baxımından ciddi risklər yaradır

    Böyük Britaniyanın Ukrayna üçün uzaqmənzilli raketlər hazırlamaq planı beynəlxalq təhlükəsizlik baxımından ciddi risklər yaradır. Bu fikri Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema sosial şəbəkə X-də paylaşdığı açıqlamada bildirib.
    Onun sözlərinə görə, London tərəfindən Kiyevə veriləcək raketlər gələcəkdə Moskvaya qarşı istifadə oluna bilər. Mema bu proqramı Böyük Britaniyanın münaqişəyə “ciddi müdaxiləsi” kimi qiymətləndirərək, rəsmi Londonu sülh prosesinə dəfələrlə mane olmaqda ittiham edib.
    Finlandiyalı siyasətçi qeyd edib ki, Böyük Britaniya faktiki olaraq münaqişənin əsas sponsoru və təşəbbüskarlarından biridir və Rusiyaya qarşı atılan bu addımlar regional və qlobal təhlükəsizlik üçün ağır nəticələr doğura bilər. Onun fikrincə, bu siyasət dünyanı nüvə müharibəsi təhlükəsinə bir addım da yaxınlaşdırır.
    Armando Mema eyni zamanda Böyük Britaniya cəmiyyətinə də sual ünvanlayaraq, ölkə vətəndaşlarının belə bir ssenarini istədiklərindən əmin olub-olmadığını sorğulayıb.
    Qeyd edək ki, yanvarın 11-də Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna üçün “Nightfall” adlı yeni ballistik raketlərin hazırlanacağını açıqlayıb. Məlumata görə, bir raketin istehsal dəyəri 800 min funt sterlinqə qədər olacaq. İlk üç raketin 12 ay ərzində layihələndirilməsi və daha sonra sınaqlara başlanılması planlaşdırılır


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR