AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: "Azərbaycan ABŞ üçün əsas tərəfdaşdır"

  • + A
  • - A
  • 14-01-2026, 16:44

    Deputat: "Azərbaycan ABŞ üçün əsas tərəfdaşdır"


    “Bu gün ABŞ üçün əsas tərəfdaş Azərbaycandır. Nəqliyyat, enerji və logistika imkanları, eləcə də Avropa bazarlarına çıxış baxımından Azərbayccan ABŞ-nin mərkəzində dayanır. Hesab edirəm ki, belə səfərlər Vaşinqtonun C.Qafqazda geosiyasi mövqelərini möhkəmlənirmək niyyətlərindən xəbər verir”.

    Bu fikirləri deputat Azər Badamov AzadMedia.az-a açıqlamasında Bakıda olmuş ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfərini şərh edərkən deyib.

    Deputat qeyd edib ki, 2025-ci ilin tarixi Vaşinqton görüşündən sonra ABŞ Azərbaycan arasında münasibətləində yeni səhifə açıldı:

    “Hesab edirəm ki, əməkdaşlığın inkişaf istiqamətləri genişləndi. Potensial çox böyükdür. Müasir sahələr üzrə əməkdaşlığın öyrənilməsi ABŞ-nin əməkdaşlıqda israrlı olduğunu göstərir. İlk səfərin ölkəmizə edilməsi onu deməyə əsas verir ki, ABŞ üçün əsas ölkə Azərbaycandır. Eyni zamanda, ABŞ Ermənistanı da kənarda saxlamaq istəmir. Düşünürəm ki, bu səfər əlaqələrin inkişafı baxımından müsbət haldır”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR