AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ nümayəndə heyəti TRIPP layihəsini Bakıda müzakirə edib

  • + A
  • - A
  • 14-01-2026, 16:45

    ABŞ nümayəndə heyəti TRIPP layihəsini Bakıda müzakirə edib

    ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Azərbaycana səfər edib.
    ABŞ səfirliyinin məlumatına görə, nümayəndə heyəti səfər çərçivəsində Bakıdan Ermənistana yollanacaq. ABŞ nümayəndə heyəti yanvarın 13-də Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tərəfindən qəbul edilib.
    Görüş zamanı “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional əməkdaşlıq, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından layihənin mümkün töhfələrini müzakirə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR