ABŞ tərəfindən sanksiya mexanizmlərinin getdikcə daha fəal şəkildə tətbiq edilməsi Vaşinqtonun beynəlxalq arenada rəqabət mövqelərinin zəiflədiyindən xəbər verir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, sanksiyalar artıq siyasi və iqtisadi alət kimi effektivliyini itirir və daha çox ABŞ-ın problemlərini ört-basdır etmək cəhdi təsiri bağışlayır. O vurğulayıb ki, bu yanaşma beynəlxalq hüququn normalarına zidd olmaqla yanaşı, qlobal iqtisadi münasibətlərdə etimad mühitini də sarsıdır.
Sergey Lavrov qeyd edib ki, Vaşinqtonun birtərəfli məhdudlaşdırıcı tədbirləri dünya ölkələrini alternativ əməkdaşlıq formatları və yeni iqtisadi mexanizmlər axtarmağa vadar edir. Bu isə uzunmüddətli perspektivdə ABŞ-ın qlobal təsir imkanlarının azalmasına gətirib çıxara bilər.
Məlumatı TASS agentliyi yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.