İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livan ərazisində “Hizbullah” hərəkatına məxsus obyektlərə növbəti hava zərbələri endirib.
İsrail tərəfinin açıqlamasına görə, hücumlar “Hizbullah”ın atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib. ÇAXAL-ın mətbuat xidməti bildirir ki, Livanın bir neçə bölgəsində “Hizbullah”a məxsus terror hədəfləri vurulub.
“‘Hizbullah’ tərəfindən atəşkəs rejiminin davamlı şəkildə pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Livanın müxtəlif ərazilərində təşkilata məxsus terror obyektlərinə zərbələr endirməyə başlayıb”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, yanvar ayının əvvəlində İsrail rəsmiləri Livanda “Hizbullah”ın silahsızlaşdırılması prosesinin gedişindən narazılıq ifadə etmişdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.