AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Davosda ABŞ pavilyonunda Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub

  • + A
  • - A
  • 20-01-2026, 22:22

    Davosda ABŞ pavilyonunda Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub

    Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ pavilyonuna Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və Rusiya prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner gəlib. Bu barədə RİA Novosti məlumat yayıb.
    Məlumata görə, tərəflər pavilyona Moskva vaxtı ilə saat 19:30-da daxil olublar. Bundan əvvəl Kirill Dmitriyev Davos Forumunda Ukrayna mövzusunun əsas gündəm mövzusuna çevrilməsi cəhdlərinin nəticəsiz qaldığını bildirib. Eyni zamanda ABŞ prezidentinin forum çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə şəxsi görüş keçirmək niyyətində olmadığı da açıqlanıb.
    Qeyd edək ki, Dünya İqtisadi Forumu 19–23 yanvar tarixlərində keçirilir və bu il tədbirin əsas mövzusu “Dialoq ruhu” elan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR